Ankarada partlayış baş verib, ölənlər var - VİDEO- YENİLƏNİB

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ankarada baş vermiş hadisə ilə əlaqədar olaraq, Brüsselə sabahkı səfərinin təxirə salındığı bildirilir.
 
Bəzi mənbələrə görə, Ankarada partlayışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
 
***
 
Son məlumatlara görə, partlayış avtomobilə quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib.
 
İnsident nəticəsində 5 nəfər dünyasını dəyişib, 10-u isə yaralanıb.
 
***
Ankaranın mərkəzində böyük partlayış baş verib.
 
Maide.az Presstv-ə istinadən xəbər verir ki, partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
 
Ölən və yaralananlar haqda məlumat verilmir./
 

Google+ WhatsApp ok.ru