Ankarada terror hadisəsini törədənin kimliyi məlum olub

Ankarada fevralın 17-də baş verən terror hadisəsini Suriya vətəndaşı Salih Necarın törətdiyi məlum olub.
Törədilən terrorda istifadə edilən avtomobilin 15 gün öncə oğurlanıbmış.
Məlumata görə, "Volkswagen Scirocco" markalı avtomobil təxminən 15 gün öncə İzmirdən icarəyə götürülüb və kirayə müddəti başa çatandan sonra təhvil verilməyib. Bundan sonra avtomobilin oğurlanması ilə bağlı polisə məlumat verilib.
Hərbçilərə məxsus xidməti mikroavtobus Ankarada İnönü bulvarının Dikmen prospektindən Merasim küçəsinə keçərkən içərisində bomba quraşdırılımış həmin avtomobil partladılıb. Hadisə yerindən tapılan dəlillərlə terroru Suriya vətəndaşı Salih Necarın törətdiyi müəyyənləşib.
Həmin avtomobili fevralın 11-də Əskişəhər yolunda Kənd Xidmətləri məntəqəsində kameralar qeydə alıb.
Qeyd edək ki, fevralın 17-də Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Google+ WhatsApp ok.ru