Ukrayna dünyanın ən pirat ölkəsi elan olundu

Ukrayna müəllif hüquqları daha tez-tez pozulan ölkələr arasında lider olub.
 
Bu barədə Beynəlxalq İntellektual Mülkiyyət Alyansının (İİPA) hesabatında deyilir.
 
Hesabata əsasən, Ukrayna hökuməti pirat serverlərinin bloklaşdırılması ilə lazımi səviyyədə məşğul olmur. Bu da ona gətirib çıxarır ki, qarətçilər bilərəkdən serverlərini Ukraynaya köçürürlər.
 
Alyans həmçinin bu məsələdə Çili, Çin, Hindistan, Tailand və Vyetnamdakı müsbət dinamikanı qeyd edib. Siyahıya həmçinin Rusiya da daxil edilib. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, bu ölkədə vəziyyət olduqca kəskin olaraq qalır.
 
Bundan öncə, İnternetdə Müəllif Hüquqlarının Müdafiəsi üzrə Assosiasiya Rusiyanın Mülki-Prosessual Məcəlləyə düzəlişlər etməyi təklif edib. Bu dəyişikliyə əsasən, hüquq sahibləri pirat resurslarınım məhkəməyə qədər bloklaşdırılmasını tələb edə bilərlər.(İKT)

Google+ WhatsApp ok.ru