Aİ nümayəndə heyyəti İmam Əlinin (ə) hərəmini ziyarət edib

Aİ nümayəndə heyyəti İmam Əlinin (ə) hərəmini ziyarət edib

Avropa İttifaqının nümayəndə heyyəti İraqın Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.
 
Avropa İttifaqının nümayəndə heyyəti İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etməkdən qürur duyduğunu açıqlayıb. İraqdakı Avropa missiyasının sədri Patrik Saymon və Avropa İttifaqının nümayəndəsi Yan Figel İraqın daxili işlər nazirliyinin nümayəndələrinin müşayətilə İmam Əlinin (ə) hərəmini gəzib.
 
Avropa İttifaqının nümayəndəsi Yan Figel İmam Əlinin (ə) ziyarətilə bağlı təəssüratlarını bölüşüb: "Bura təsiredici bir məkandır. Bura insanda təkcə dini aspektləri motivasiya etmir, tarixi, irs və mədəni aspektlərə də işıq salır. İmam Əlinin (ə) müqəddəs hərəmi təkcə İslam və müsəlmanlara aid deyil, bura bütün bəşəriyyətə aiddir". (deyerler) /

Google+ WhatsApp ok.ru