İngiltərədə tezliklə iki mərtəbəli məscid istifadəyə veriləcək -FOTO 08 Fevral 2017 02:00 Dünya İngiltərəinin Linkoln şəhərində tikilməkdə olan ikimərtəbəli məscidin tikintisi artıq başa çatmaq üzrədir və 2017-ci ilin yayında istifadəyə veriləcəyi gözlənilir. Maide.Az xəbər verir ki, Linkoln məscidinin tikintisinə 2015-ci ildə başlanılıb. Məscid 10 min 19 kvadrat metr ərazidə tikilir. Məscidin tikintisi üçün Linkoln şəhər müsəlmanları 1,5 milyon funt sterlinq vəsait toplayıb. Məscidin divarları sarı kərpiclərlə tikilir. Belə ki, Linkoln şəhərində yerləşən binaların çoxunun rəngi də sarı rəngdədir. Məscid üzü qibləyə (Kəbəyə) tikilir. Həmçinin məscidin avtomobil dayanacağı, dərs otaqları və həyəti var. Linkoln şəhər İslami Mərkəzinin rəhbəri professor Tənvir Əhməd deyib ki, məscidin tikinti işləri yaxşı şəraitdə davam etdirilir. Hazırda məscidin üstünün bağlanması prosesi həyata keçirilir. O, Linkoln şəhər müsəlmanlarına məscidin tikintisi üçün etdikləri yardıma görə təşəkkür edib. Teqlər : #İngiltərədə tezliklə iki mərtəbəli məscid istifadəyə veriləcək FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya Belarusa da müdaxilə edərmi? Aİ nümayəndə heyyəti İmam Əlinin (ə) hərəmini ziyarət edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO