Apteklər xəstələri bəzi dərmanların qıtlığına öyrəşdirir

 Azərbaycan Tarif Şurasının qiymətlərini endirdyi dərman və dərman preparatlarının siyahısı genişləndirilib – bundan öncə təsdiqlənmiş 256 adda siyahıya daha 801 əlavə edilib (http://www.tariffcouncil.gov.az/documents/DVM.pdf).
 
Ötən gün İqtisadiyyat və Sənaye Nazirliyi strukturunun növbəti iclasında qəbul edilmiş qərara görə, 46% dərman və preparatın tənzimlənmiş qiymətləri iki dəfədən çox enib. Ümumilikdə,   dərmanların 94%-nin tənzimlənmiş qiymətləri enib. 
 
Psixotrop vasitələrə ehtiyacı olan xəstələr dövlət apteklərində reseptlə satılan akineton və fenazepam kimi dərmanların yoxa çıxmasından Turan-ın müxbirinə şikayətləniblər.
 
Yerli ekspertlər dərmanların əvvəllər olduğu kimi “əl altından” satıla biləcəyini ehtimal edirlər.
 
Xatırladaq ki, birinci mərhələdə Tarif Şurası 256 adda vacib və çox istifadə olunan dərmanın qiymətini təsdiqləyib. İndiki qərar nəzərə alınmaqla hökumətin tənzimlədiyi preparatların sayı 1057-yə çatıb.
 
Yeni qiymətlər bu il sentyabrın 15-dən qüvvəyə minəcək. Əgər hökumətin nəzarətinə düşən hər hansı dərmanın qiyməti (onlar 4,5 min olacaq) qiyməti bu tarixə qədər təsdiqlənməsə onların satışı mümkün olmayacaq və bu, daha çox ajiotaj yaradacaq.
 
İclasın sonunda daha 55 aktiv maddə üzrə dərmanların qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələr) qəbulu elan edilib. Həmin aktiv maddələr üzrə preparatlar üçün sənədlərin (bəyannamələr) son qəbul tarixi 10 sentyabrdır. /

Google+ WhatsApp ok.ru