Yağış yağacaq, sərin olacaq

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26 isti olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında avqustun 26-da şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Gecə 17-22, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru