İran Türkiyə ilə iki sərhəd -keçid məntəqəsini bağladı

İran Türkiyə ilə iki sərhəd -keçid məntəqəsini bağladı. Bunu İranın tranzit və sərhəd terminallar ofisinin baş müdiri Məhəmmədcavad Ətrçiyan deyib. 
Maide.az İranın Yol və Şəhərsalma Nazirliyinin rəsmi xəbər portalına istinadən xəbər verir ki, M.Ətrçiyan deyib ki, Türkiyədə baş vermiş bir sıra təhlükəsizlik problemlərə görə, Sərv və Razi bölgəsində İran-Türkiyənin müştərək sərhədləri bağlanıb.
Məlumata görə, M.Ətrçiyan deyib ki, İranın şimal qərbində Qərbi Azərbaycan əyalətinin Əsən Dərə və Kapı Köy sərhəd darvazalarında türk rəsmiləri tərəfindən zəruri xidmətlərin təqdim olmamasına görə hazırda Türkiyənin gömrük giriş qapısından o ölkəyə daxil olmaq qeyri-mümkündür.
M.Ətrçiyan Türkiyənin şərqində bir sıra təhlükəsizlik problemlərə görə, ölkə vətəndaşlarını Türkiyəyə  quru yolla səfər etməkdən çəkinməyə çağırıb və bildirib ki, vətəndaşlar zəruri halda təyyarə ilə Türkiyəyə  səfər etsinlər. /
 

Google+ WhatsApp ok.ru