AP Türkiyəyə `soyqırımı` müraciəti etdi

Avropa Parlamenti Türkiyədən ermənilərin "soyqırımı"nı rəsmən tanmasını istəyib.
 
Maide.az-ın Doğan İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Osmanlı imperiyası dövründə ermənilərin qırğını hadisəsinin 100 illiyi ərəfəsində Avropa Parlamenti çərşənbə günü keçirdiyi iclasında Türkiyədən bu qırğını "soyqırımı" olaraq rəsmən tanımasını istəyib.
 
Avropa Parlamenti səs çoxluğu ilə bu barədə qətnamənin lehinə səs verib. 
 
Avropa Parlamentinin qətnaməsində Ankaradan bu hadisənin ildönümündə onu "soyqırımı" olaraq rəsmən tanımaqla Türkiyə xalqı və ermənilər arasında barışıq üçün zəmin yaratmasını istəyib. 
 
Qəbul olunmuş qətnamə layihəsində həmçinin Avropadakı vətəndaş cəmiyyətlərini, parlamentarlar, assosiyasiyalar, mətbuat nümayəndələri, eləcə də Avropa Komissiyası, Avropa Birliyi Şurası və AP Ümümavropa anım mərasimini qeyd etməyə səslənilir.
Türkiyə Xarici İşlər Nazirliyi çərşənbə günü günortadan sonra bu qətnaməyə ilk reaksiyasında onu qəbuledilməz və tarixi reallıqlara zidd qiymətləndirib. 
 
Ötən bazar günü də Osmanlılar dövründə ermənilərin qırğını barədə "soyqırımı" termininin Papa Fransis tərəfindən istifadə olunması Türkiyə prezidenti və baş nazirinin qəzəbinə və etirazına səbəb olmuşdu.

Google+ WhatsApp ok.ru