`Şaqman` qırmızı işıqda keçdi, dava düşdü 11 Sentyabr 2014 01:00 Hadisə Ötən gün Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yol hərəkəti qaydasının pozulması dava-dalaşa səbəb olub. İşıqforun qırmızı işığına məhəl qoymayan 90 RA 428 dövlət nömrə nişanlı “Şaqman” yük maşını manevr edərkən 90 VD 049 nömrə nişanlı “Hunday” avtomobilinə toxunub. Yük maşınının sürücüsü onunla toqquşan avtomobilin sürücüsünün xanım olduğunu görüb, qəza yerindən uzaqlaşmaq istəsə də, istəyinə nail ola bilməyib. “Şaqman” sürücüsünü təqib edən zərərçəkən tikinti aparılan ərazidə onu haqlayıb. Xanım sürücü özünə qarşı kobud rəftarı gördükdən sonra həyat yoldaşını və onun dostunu hadisə yerinə çağırıb. Tərəflər arasındakı mübahisə davaya qədər qalxıb. Teqlər : #`Şaqman` qırmızı işıqda keçdi,#dava düşdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda qətl törədilib Pakistanda sel fəlakəti: 257 ölü (Foto)