Arakanlı müsəlmanlara qarşı zülm davam edir

Arakanlı müsəlmanlara qarşı zülm davam edir

İnsan Haqları İzləmə Təşkilatı (HRW) Myanmarda münaqişələrin hökm sürdüyü Arakan əyalətinin Maunqdav bölgəsində yerli müsəlmanların (rohinyalıların) yaşadığı kəndlərin bölgədə əməliyyat aparan ordu qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.
 
Bəyanatda peyk görüntülərinin və regionu tərk edən hadisə şahidlərinin ifadələrinin, Myanmar ordusunun Rohinya kəndlərinə keçirdiyi əməliyyatlarda yandırma faktlarını göstərdiyi qeyd olunub.
 
"Peyk görüntüləri, məskənlərə od vuranların ordu mənsubları olduğunu açıq şəkildə göstərir. Myanmar hökuməti bu görüntülər sayəsində cinayət üstündə yaxalanmışdır. Artıq bunu inkar etməyin inandırıcı olmadığını qəbul etməlidirlər" - təşkilatın Asiya üzrə rəhbəri Bred Adams.
 
Davam edən hərbi komendant səbəbindən yardım təşkilatlarının və jurnalistlərin bölgəyə daxil olmalarının qarşısının alındığını qeyd edən HRW, rohinyalıara qarşı hücum və hüquq pozuntularını araşdırması üçün ötən həftə dövlət başçısı müavini təqaüddə olan general Myint Sve-nin rəhbərliyi ilə yaradılan komissiyanın obyektivliyinə dair şübhələrini açıqlayıb. Təşkilat, BMT-yə soruşmağa qoşulmaq çağırışı edib.
 
Qeyd edək ki, oktyabrın 9-da Arakan əyalətində 9 sərhəd məntəqələrinə hücumlar təşkil edilmiş, 13-ü təhlükəsizlik işçisi olmaqla 29 nəfər həlak olmuşdu. Hücumlardan sonra bölgəyə çox sayda əsgər və polis sövq edilmiş, əməliyyat başlanılmışdı. Sözügedən əməliyyatlarda da 17 əsgər və 76 "təcavüzkar" olmaqla günahlandıran ən azı 94 nəfər dünyasını dəyişmiş, 575 nəfər saxlanılmışdı.
 
Rohinya həmrəylik qrupları əməliyyatların başlamasından bəri əyalətdə 400 arakanlı müsəlmanın öldüyünü, Myanmar hökumətinin bu sayın 86 olduğunu açıqlamışdı. 
 
Ordunun əməliyyatlarda mülki yaşayış yerlərini darmadağın etməsi ilə xalqa qarşı işlənən cinayətlər beynəlxalq ictimaiyyətdə prezident Aunq San Suu Kyiyə və hökumətinə qarşı reaksiyaların verilməsinə yol açıb. (islaminsesi) 
 

Google+ WhatsApp ok.ru