Müsəlmanlar Ağ Evin qarşısında ayrıseçkilik əleyhinə etiraz aksiyası keçirdi

Müsəlmanlar Ağ Evin qarşısında ayrıseçkilik əleyhinə etiraz aksiyası keçirdi

Minlərlə insan haqları fəalları, anti-irqçi təşkilatlar və qrupların üzvü, ötən gün Ağ Evin qarşısında müsəlmanlara qarşı ayrıseçkiliyi dayandırmaq tələbi ilə aksiya keçirib.
 
Maide.Az xəbər verir ki, "Guardian" qəzetinin məlumatına görə, Amerikanın mütərəqqi təşkilatları, ictimai aktivistlər və minlərlə müsəlman vətəndaş Ağ Evin qarşısında aksiya keçirərək ABŞ prezidenti Barak Obamadan irqçilik və islamofobiya yönündə olan "ərəblərə və müsəlmanlara nəzarət layihəsi"nin qarşısının alınmasını tələb ediblər.
 
Qeyd edək ki, Barak Obamanın "NSEERS" (Giriş-Çıxışı Qeyd Edən Milli Təhlükəsizlik Sistemi) layihəsini ləğv etmək üçün altı həftə vaxtı qalıb. Bu layihə 2001-ci ildə 11 sentyabar hadisəsindən sonra qəbul edilib. Müsəlmanlar və insan haqları təşkilatçıları D.Trumpın seçkilər dövründə  müsəlmanların Amerikaya giriş-çıxışını qadağan edilməsi ilə bağlı çıxışını nəzərə alaraq narahatdırlar ki, bu qanun ləğv olunmazsa Trump hakimiyyətə gələndən sonra müsəlmanlara qaşrı təzyiqlər və məhdudiyyətlər dahada çoxacaq. 
 
Bundan əlavə bu layihəsinin ləğv edilməsi üçün "moveon.org" saytında imza kampaniyası keçirilir ki, indiyədək 280 min nəfər bu layihənin zidddinə imza atıblar. /

Google+ WhatsApp ok.ru