Arakanlı müsəlmanların yaşadıqlarından sənədli film hazırlandı

Arakanlı müsəlmanların yaşadıqlarından sənədli film hazırlandı

-- Arakanlıların qaçış mübarizəsi Banqladeşə sığınmaqla bitmir...

Türkiyə Diyanət Vəqfi (TDV) Myanmada zülm və işgəncələrə məruz qalmış Aarakan müsəlmanlarının tragediyası və həyatda qalma mübarizəsi barədə “Həyatda qal” adlı sənədli film hazırlayıb.
 
Maide.Az İQNA-ya istinadən xəbər verir ki, filmdə arakanlıların 19-cu əsrdən bu günə qədər məruz qaldıqları təzyiqlərdən bəhs edilir.
 
Mayanmda başda vətəndaşlıq olmaqla, təhsil, səhiyyə, səyahət kimi hüquqlardan məhrum edilən Arakan müsəlmanlarının ötən ilin 25 avqustundan etibarən vəhşicəsinə qətlə yetirildikləri görüntülərə də yer verilib.
 
Filmdə qeyd edilib ki, arakanlıların qaçış mübarizəsi Banqladeşə sığınmaqla bitməyib. Onların hazırda çətin təbii şəraitdə sel və daşqınlara qarşı mübarizəsinin davam etdiyi vurğulanıb.
 

Google+ WhatsApp ok.ru