Arakan müsəlmanlarının vəziyyəti BMT məruzəçisinin dilindən

İnsan Hüquqları üzrə BMT-nin xüsusi məruzəçisi Yanghee Li Myanmarın Arakan vilayətində humanitar vəziyyətin "hələ də böhran həddində" olduğunu deyib.
 
Maide.az-ın məlumatına görə, Yanghee Li Myanmara 2-ci dəfə həyata keçirdiyi 10 günlük səfərdən sonra verdiyi açıqlamada, Myanmarda 2011-ci ildə hakimiyyətə gələn hökumətin səhiyyə, təhsil və həyat standartları sahələrində apardığı irəliləyişləri tərifləyib. O əlavə edib ki, mətbuat azadlığı və ərazi hüquqları kimi məsələlərdə mənfi siqnallarda artım müşahiddə olunub. Li xüsusilə "haqsız ərazi qəsbi, torpaqlardan zorla çıxarılma və torpaq islahatı siyasəti" mövzularında şikayətlər aldığını bildirib.
 
Qeyd edək ki, Myanmarın Arakan vilayətində müsəlmanlar yaşayır.
 
Linin səfərinin son günündə isə radikal buddist rahiblər BMT-nin xüsusi məruzəçisinin ölkədəki müsəlman azlıqla bağlı mövqeyinə etiraz etmək üçün paytaxt Yanqonda küçələrə tökülüb.

Google+ WhatsApp ok.ru