Pakistanda `Çarli Hebdo` aksiyalarında qarşıdurma olub - FOTO

Pakistanın Kəraçi şəhərində Fransa Konsulluğu yaxınlığında keçirən "Çarli Hebdo" etiraz aksiyasında qarşıdurma baş verib. Münaqişədə AFP foto müxbiri yaralanıb.
 
Maide.az xəbər verir ki, Pakistanın Camaatı İslam Partiyasının tələbə təşkilatı cümə namazından sonra ölkə daxilində etirazlar təşkil edib. Aksiyaçılr Fransa Baş Konsulluğu binasına doğru yürüş etmək istəyib.
 
Qrupa mane olmaq istəyən polis nümayişçilərə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib. Müdaxilədə çox sayda tələbə qazdan zəhərlənərək xəstəxanalara aparılıb. Polis onlarla nümayişçini saxlayıb.
 
Hadisələrdə bir jurnalist silahdan açılan atəş nəticəsində sinəsindən yaralanıb. 
 
Müdaxilədən sonra nümayişçilər konsulluq binasının yerləşdiyi ərazidən uzaqlaşıblar.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru