Aralıq dənizində 16 miqrantın meyiti aşkarlanıb

Aralıq dənizində 16 miqrantın meyiti aşkarlanıb

Son iki sutka ərzində Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 1000-dən çox miqrant xilas olunub.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.
 
Məlumata əsasən, 800 miqrant bazar günü, 230-u isə bazar ertəsi xilas edilib. Son iki sutka ərzində həmçinin dənizdə batan 16 miqrantın meyiti aşkarlanıb.
 
Dekabrın 1-ə olan məlumata əsasən, İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 174 min miqrant və qaçqın gəlib. /

Google+ WhatsApp ok.ru