Aralıq dənizində 245 miqrant itkin düşüb

Aralıq dənizində 245 miqrant itkin düşüb

Aralıq dənizində iki gəminin qəzaya uğraması nəticəsində 245 qaçqın itkin düşüb və ya həlak olub.
 
Bu barədə jurnalistlərə BMT-nin qaçqınların işləri üzrə Ali komissarı İdarəsinin rəsmi nümayəndəsi Sesil Puyi bildirib.
 
O, qeyd edib ki, yalnız 50 nəfər xilas edilib. Sesil Puyinin sözlərinə görə, ilin əvvəlindən Aralıq dənizində 1300-dən çox qaçqın Avropaya keçməyə cəhd göstərərkən həlak olub.
 
Mayın 5-də Aralıq dənizində qaçqınların olduği gəmi batıb. Qəza nəticəsində 82 nəfər itkin düşüb, xilas edilmiş 50 nəfər Siciliyaya çatdırılıb.
 
Mayın 7-də göyərtəsində isə 170 nəfərin olduğu daha bir gəmi Liviya sahillərində batıb. Nəticədə 163 nəfər itkin düşüb. Yalnız 7 qaçqın xilas edilib. (report) /

Google+ WhatsApp ok.ru