NATO ingilisləri yenidən Əfqanıstana çağırır

NATO ingilisləri yenidən Əfqanıstana çağırır

NATO Britaniyaya Əfqanıstandakı hərbi kontingentini artırması üçün müraciət edib.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı BBC televiziyası yayıb. Məsələnin həmçinin bu gün NATO Baş katibi Yens Stoltenberq və Britaniya Baş naziri Tereza Meyin görüşündə müzakirə olunacağı da bildirilib.
 
Qeyd edək ki, hazırda Əfqanıstanda 500 Britaniya hərbçisi var. Onlar Kabilin təhlükəsizliyini təmin edirlər.
 
NATO-nun isə bu ölkədəki ümumi kontingenti 13 min nəfərdir. Onun 8400 nəfərini amerikalılar təşkil edir. /

Google+ WhatsApp ok.ru