Aralıq dənizində 2 günə 300-dən artıq miqrant tapılıb

Aralıq dənizində 2 günə 300-dən artıq miqrant tapılıb

Xilasetmə xidməti Alboran dənizində (Aralıq dənizinin qərb qutaracağında) 2 günə 300-dən artıq miqrant aşkarlayıb. Onlar İspaniya sahillərinə çatmaq istəyirmişlər. 
 
Dünən yerli QHT-lərdən biri qeyri-qanuni miqrantlarla dolu olan iki qayığın itdiyi barədə xəbər yaymışdı.
 
Təkcə cümə axşamı günü Əndəlus sahilində 190 miqrantın olduğu 7 qayıq aşkarlanıb. Bu gün ünortaya kimi daha 130 miqrantla daha 3 gəmi aşkarlanıb.
 
Miqrasiya üzrə Beynəlxalq Təşkilatın hesabatına görə, cari ilin əvvəlindən Aralıq dənizi vastəsi ilə Avropaya 77 mindən artıq qaçqın və miqrant gedib. 1828 nəfər bu yolda həlak olub. (faktxeber) /

Google+ WhatsApp ok.ru