Ard-arda 17 yaşlı 3 oğlan intihar etdi

Ard-arda 17 yaşlı 3 oğlan intihar etdi

Masallı rayonu Ərəb kəndində 17 yaşlı Qismət Qasımov intihar edib.
 
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumta görə, Qismət yaşadığı evdə özünü asıb.
 
Qismətin atası 5-6 il əvvəl avtomobil qəzasında ölüb. Həmin qəzadan sonra anası da əlil olub. Ona görə də ailənin bütün yükü onun üzərində olub. İntihar etdiyi gün də heyvanları yerinə salıb, sonra evə gedib otağın qapısını bağlayıb və intihar edib.
 
Sakinlər deyir ki, Qismətgilin evin otlaq sahələrindən uzaq olduğuna görə onlar 7-8 aydır babasıgildə qalırmışlar. Onun intihar etməsində iki versiya irəli sürülür. Bəzi fikirlərə görə, onun sevdiyi qız olub. Lakin Qismətin anası bu münasibətə razı olmayıb. Ona görə də intihar edib.
 
Digər versiyaya görə isə o, son günlər yaşadığı şəraitdən bezibmiş. Lakin maddi sıxıntıları olmadığından birinci versiya daha real görünür.
 
Sakinlərin sözlərinə görə, son iki ayda Ərəblər kəndində bu, üçüncü intihardır. Onların hamısı 17 yaşlı oğlan olub. Əvvəlki intihar edənlərdən biri ali məktəbə qəbul ola bilmədiyinə görə, digəri isə atası ilə mübahisədən sonra intihar edib.
 
Bu hadisələrdən sonra rayon icra başçısı kənd sakinləri ilə söhbət aparılması üçün tapşırıq verib. Bu gün axşam saatlarında Qismətgilin evində həm ailəyə baş çəkiləcək, həm də gənclərlə görüş keçiriləcək.(lent.az)

Google+ WhatsApp ok.ru