Argentinada ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Amerikanın Lear şirkətinin qovulmuş işçilər Buenos Airesdəki Amerika səfirliyi önündə aksiya keçiriblər.

 

Press Tv-nin məlumatına görə ABŞ-ın Buenos Aires-dəki səfirliyi  önündə keçirilən bu aksiyada iştirak edənlər Amerika bayrağını yandırıblar.

Aksiyaçılar Argentinada iqtisadi durumun bərbad vəziyyətdə olduğunu və sözü gedən şirkətin işçilərinin qovulmaqla bağlı addımını pisləyiblər. Etirazçılar işçilərin yenidən işə dönmələrini istəyiblər.

Argentina polisi aksiyaçıların ABŞ səfirliyinə daxil olmasının qarşısını alıb  səfriyə gedən  yollar bağlanıb.

Qeyd edək ki, avtobomil ehtiyatları  istehsalı ilə məşğul olan bu şirkət son vaxtlar öz  işçilərindən 300 nəfərini qovub. maide.az /

 

Google+ WhatsApp ok.ru