İŞİD sıralarında döyüşən almanların sayı açıqlandı

Almaniyanın əks-kəşfiyyat xidməti İraq və Suriyada İŞİD terrorçularının qruplaşmasının tərkibində döyüşən Almaniya vətəndaşlarının sayını açıqlayıb.
 
Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarənin (BFF) rəhbəri Hans-Georq Maasen “N24” telekanalının efirində bildirib ki, İraq və Suriyaya 450-dən çox Almaniya vətəndaşı yollanıb.
 
Onlardan 120 nəfərin geri qayıtdığını deyən H. Maasen qeyd edib ki, 25 nəfərin döyüşlərdə iştirak etdiyi və hərbi düşərgələrdə təlim keçdiyi təsdiqlənib.
 
H. Maasen bildirib ki, koalisiyanın hücumlarından sonra qruplaşmanın vəziyyəti ağırlaşdığından öz ölkələrinə qayıtmaq istəyənlərin sayı artacaq. “Bizdə olan məlumata görə, Avropa Birliyi ölkələrindən 3 min nəfər hazırda İraq və Suriyada döyüşür”, - deyə o vurğulayıb.

Google+ WhatsApp ok.ru