Argentina prezidenti xəstəxanaya yerləşdirildi

Argentina Prezidenti Kristina Kirşner topuq burxulması ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Buenos Aires Herald qəzeti məlumat verib. 
 
Nəşr qeyd edib ki, prezidentin Santa-Kruz əyalətində istirahəti zamanı ayağı burxulub. Ona ayaq biləyi əzələlərinin dartılması diaqnozu qoyulub. 
 
Travmaya görə Kristina Kirşner məzuniyyətini dayandırıb Buenos-Ayresə qayıtmalı olub. 
 
Xatırladaq ki, bu ilin noyabrında prezident bağırsaq soyuqdəyməsi ilə bağlı xəstəxanaya yerləşdirilimişdi. Xəstəliyə görə o, 15-16 noyabr tarixində Avstraliyada keçirilmiş G-20 sammitində iştirakdan imtina etmişdi. 

Google+ WhatsApp ok.ru