Nəcəfin İmam cüməsi: `İsrafçılıq və bədxərclikdən çəkinərək iqtisadi vəziyyəti düzəltmək olar`

Maide.az xəbər verir ki, İraqın Nəcəf şəhərinin İmam cüməsi Seyid Sədrəddin Kapancı ölkədəki iqtisadi böhrandan çıxışın, ancaq bu vəziyyətə salan amillərdən qaçılması ilə reallaşacağını qeyd edib və belə danışıb: "Dövlət və xidmət sektorunda büdcə kəsirini, ancaq ciddi qənaət və maliyyə intizamı ilə bağlamaq mümkündür. Təəssüf ki, ölkədəki iqtisadi böhran böyük miqdarda israfçılıq və bədxərclik nəticəsində yaranıb. Beləliklə, israfçılıq və bədxərclikdən çəkinmək iqtisadiyyatı düzəldə biləcək."
 
Kapancı, neft qiymətinin beynəlxalq bazarda düşməsinin İraq kimi iqtisadiyyatı neftə bağlı ölkələrin iqtisadiyyatına mənfi istiqamətdə təsir etdiyini, amma bu vəziyyətdən də çıxışın mümkün olduğunu deyib.

Google+ WhatsApp ok.ru