Ağır yaralanan məşhur şiə alimin qan içində görüntüsü yayıldı - Foto

Aşağıdakı foto şənbə günü Nigeriya ordusu tərəfindən əsir olunan Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzəkinin son fotosudur.
Maide.az xəbər verir ki, sionist İsrail rejimindən göstəriş alan Nigeriya hakimiyyəti 300 günahsız şiəni, o cümlədən Şeyx Zəkzəkinin həyat yoldaşı və oğlunu qətlə yetirib. 
Bəzi xəbərlərə görə, həmin hücumda şəhid olanların sayı 450 nəfərdən çoxdur. Ötən axşam Şeyx Zəkzəkinin qızı Nəsibə Zəkzəki Presstv-yə müsahibəsində atasının yaralandığını , ama onun hara aparıldığından xəbərsiz bildirmişdi. 
Ordu beynəlxalq Qüds günündə də İsrailin Fələstin xalqına zülmünə etiraz edən şiələrə atəş açaraq onlardan 30 nəfərini, o cümlədən Şeyx Zəkzəkinin 3 oğlunu qətlə yetirmişdi.
Hazırda şiə liderin şəhadət xəbəri dəqiq olmasa da bəzi mənbələr onun şəhadətə yetirildiyini söyləyir. /
 

Google+ WhatsApp ok.ru