Nigeriya şiələrinə hücumda CIA-nın rolu

Ərəb siyasi ekspertlər Amerikanın casusluq təşkilatlarının Nigeriya şiələrinə hücumdakı rolundan danışıblar.
 
Maide.az xəbər verir ki, Ərəb politoloq Əli Əbu Əlxəyr Əlaləm telekanalı iə müsahibədə Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzəkinin mənzilinə qarşı hücum barədə deyib ki,  Nigeriyada firqəvi toqquşmaları qızışdırmaq üçün xarici fitnəkarlıq cərəyan edir. " Nigeriya ordusu bildirir ki, bu ölkə ordusunun qərargah rəisinə sui-qəsd etmiş amilləri həbs etmək istəyir, amma məlum deyil ki, nə üçün Şeyx Zəkzəkini həbs və bu ölkə şiələrinin hüseyniyyəsinə hücum ediblər."
 
Ərəb siyasi ekspert həmçinin bildirib ki, Boko Haram qrupu Əlqaidə və İŞİD kimi bir terror qrupudur və bu qruplar qadın və uşaqları qətlə yetirirlər. "Nigeriya ordusu terror qrupları ilə döyüşmək əvəzinə, dinc sakinlərə hücum edir, halbuki bu dinc sakinlərin heç bir günahyı yoxdur və  Nigeriyanın təhlükəsizliyi üçün  təhdid hesab olunmurlar".
 
Ərəb siyasi ekspert vurğulayıb ki, Amerika Mərkəzi Kəşfiyyat Agentliyi Nİgeriyada sünnilərlə şiələr arasında qarşıdurmaların şiddətlənməsində önəmli rol oynayır./
 

Google+ WhatsApp ok.ru