Arı yeyən Qusar sakini Ginnesin Rekordlar Kitabına düşmək istəyir - FOTO

Qusar rayon sakini, 57 yaşlı Kazım Balakişiyev qeyri-adi bacarığa malikdir.
 
O, arının balını da, özünü də yeyə bilir.
 
K. Balakişiyev deyir ki, 15 ilə yaxındır, arıçılıqla məşğuldur. Arı yeməyə isə 7 ildir başlayıb.
 
Onun sözlərinə görə, dəfələrlə arı sancmasına baxmayaraq səhhətində heç bir problem yaranmayıb. O, bu bacarığı ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir, bunun üçün o 365 arını yeyə biləcəyini iddia edir.
 
Bununla belə, K. Balakişiyev digər şəxslərə arı yeməyi məsləhət görmür.
 
 

Google+ WhatsApp ok.ru