Ağır yol qəzası baş verdi, Ələt qazsız qaldı

Ələt-Astara magistral yolunda ağır yol qəzası olub.
 
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə gecə saatlarında baş verib. 
 
Ələt Astara magistral yolunun 230-cu kilometrliyində yolun Astara rayonu Ərkivan qəsəbəsindən keçən hissəsində Qasımov Elçin Firudin oğlu idarə etdiyi "VAZ 2106" avtomobilində idarəetməni itirib. Nəticədə avtomobil aşaraq yolun kənarındakı qaz borusuna çırpılıb, sürücü yerindəcə keçinib, qaz borusu sıradan çıxıb. Bu səbəbədən Ərkivan qəsəbəsinə mavi yanacaq verilməsi dayandırılıb.
 
Məlumata görə, 28 yaşlı Qasımov Elçin Firudin oğlu Degədi kənd sakini olub. 
 
İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub. Hadisə Astara rayon prokurorluğunda araşdırılır./

Google+ WhatsApp ok.ru