Yağış Bakıda təhlükə yaradıb - təxliyyə

Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.
 
Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
 
Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb./

Google+ WhatsApp ok.ru