Asiya-Afrika ölkələri sammiti başlandı

Asiya-Afrika ölkələri sammiti bu gün səhər İran prezidentinin iştirakı ilə Cakartada işə başlayıb. 
 
100-dən artıq Asiya və Afrika ölkəsi başçısı və yüksək səviyyəli rəsmisi, habelə 16 müşahidəçi ölkə və 25 beynəlxalq təşkilatın nümayəndələri bu iclasda iştiraka dəvət olunublar. 
 
Həmçinin bu gün axşam Cakarta iclasında iştirak edən İslam Əməkdaşlıq Təşkilatı ölkələri başçılarının iclası keçiriləcək. İclasa İran prezidenti Həsən Ruhani başçılıq edəcək. 
 
Müstəqil Fələstin ölkəsinin təşkil edilməsi və Yəmən böhranı üçün siyasi həll yoluna təkidin edilməsi, regional və beynəlxalq məsələlərin araşdırılması bu iclasın əsas müzakirə mövzularını təşkil edir. 
 
İndoneziya prezidenti Coko Vidodo konfransın açılış mərasimində iştirakçıları salamlayıb. 
 
İndoneziya prezidenti sammitin işə başlamasından öncə sammitin keçirildiyi zalın foyesində İran prezidenti Həsən Ruhanini qarşılayıb. 
 
Asiya və Afrika arasında inteqrasiyanın genişləndirilməsi məqsədilə keçirilən Bandong konfransının 60 illiyi münasibətilə təşkil edilən bu iclas Asiya və Afrikanın 130 ölkəsi tərəfindən yaxşı səviyyədə qarşılanıb. 
 
Bu iclasda 80-dən artıq Asiya və Afrika ölkəsi başçısı və yüksək səviyyəli rəsmisi iştirak edir. 
 
İran İslam Respublikası prezidenti bu gün səhər bu iclasda çıxış və sammitin 6 iclasından ikincisinə sədrlik etməlidir.

Google+ WhatsApp ok.ru