Türkiyə Vyanadakı səfirini geri çağırdı

Türkiyə hökuməti ermənilərin "soyqırımı"nın rəsmən tanınmasına dair Avstriya parlamentinin hərəkətinə etiraz əlmaəti olaraq Vyanadakı səfirini geri çağırıb.
 
Maide.az-ın verdiyi məlumata görə, çərşənbə günü Avstriya parlamentinin iclasında ermənilərin "soyqırımı" layihəsinin təsdiqlənməsi ardınca Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanat verərək bu partlamentin qərarını "tarixi qətl" adlandırıb. 
 
Türkiyə Xarici İşlər Nazirliyi bəyanatda Avstriya parlamenti deputatlarının tarix baxımından qərəzli rəftarını rədd edib və onu Türkiyə xalqına qarşı haqsız ayrı-seçkilik funksiyası kimi qiymətləndirib. 
 
Türkiyə XİN həmçinin bildirib: Avstriya parlamentinin qərarı Türkiyə və Avstriya arasındakı münasibətlər və dostluğa daimi zərbə vuracaq və buna görə qərara alınıb ki, Vyanadakı səfiri Həsən Qaşı məsləhətləşmə üçün geri çağırsın. 
 
Ermənistan iddia edir ki, I Dünya Müharibəsi zamanı Osmanlı imperiyası 1,5 milyon ermənini qətliam edib. Lakin Türkiyə bu iddianı rədd edir. 
 
Osmanlı türkləri tərəfindən ermənlərin "soyqırımı"nın 100 illiyində bir çox Avropa ölkəsinin parlamenti bu məsələni soyqırımı adlandırıblar. 
 
Dünya Katoliklərinin rəhbəri papa da ötən həftə etdiyi çıxışında bu olayı soyqırımı kimi xatırlayıb. 
 
Avropa Birliyi dərhal bu iddianı ermənilərin "soyqırımı kimi rəsmən tanıyıb və Türkiyədən onu rəsmən tanımasını istəyib. Bu məsələ isə Türkiyənin qəzəbinə səbəb olub. 
 
Rəsmi Ankara qeyd olunan məsələni və İrəvanda bu olayın 100-cü illiyi ilə bağlı mərasimə təsir göstərmək məqsədilə eyni vaxtda Çanaqqala zəfərinin 100 illiyi mərasimini keçirmək istəyir. Dünya ölkələri arasında 30-dan az ölkə Türkiyə tərəfindən ermənilərin "soyqırımı"nı rəsmən tanıyıb.

Google+ WhatsApp ok.ru