Asiyada elektron tullantıların həcmi beş ildə 63 faiz artıb 16 Yanvar 2017 02:00 Dünya Beş il ərzində burada elektron tullantılar 12,3 mln. tona qədər artıb Asiyada 2010-cu ildən 2015-ci ilə qədər olan müddət ərzində elektron məhsul tullantılarının həcmi (atılmış smartfon və digər elektron qurğular belə adlanır) 63 faiz artıb. "Report" xəbər verir ki, bu barədə BMT Universitetinin bazar günü dərc olunan hesabatında bildirilir. Söhbət Şərqi və Cənub-Şərqi Asiyanın 12 ölkəsindən, o cümlədən Çin, Yaponiya, Cənubi Koreya, Vyetnam və Sinqapurdan gedir. Beş il ərzində bu ölkələrdə elektron tullantılar 12,3 mln. tona qədər artıb. Çində elektron tullantıların miqdarı bu dövr ərzində 107 faiz artaraq 6,7 mln. tona çatıb. Hesabat müəlliflərinin fikrincə, tullantıların çoxalmasına səbəb region əhalisinin gəlirlərinin və elektron qurğulara tələbatın artması, bununla əlaqədar isə yeni qurğuların istehsal olunması və köhnə qurğuların orta istifadə müddətinin azalmasıdır. / Teqlər : #Asiyada elektron tullantıların həcmi beş ildə 63 faiz artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Güclü qar Yaponiyada 7 nəfərin ölümünə səbəb olub Mali sammitində terror aktının qarşısı alınıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO