Mali sammitində terror aktının qarşısı alınıb

Mali sammitində terror aktının qarşısı alınıb

Fransa  xüsusi təyinatlıları Malinin şimalında, paytaxt Bamakoda 27-ci Afrika-Fransa sammitinin  iştirakçılarına hücum hazırlamış terrorçuları saxlayıb. FaktXəbər-in məlumatına görə, bu barədə AFR agentliyi xəbər yayıb.
 
«Bamakoda terrorun qarşısı alınıb. Fransa xüsusi təyinatlıları ölkənin şimalında  hücum hazırlayan  intiharçı terrorçuları saxlayıb», - deyə adı çəkilməyən ölkənin  təhlükəsizlik xidmətindən agentliyə bildirilib. Bu informasiya həmçinin  Malinin güc strukturları tərəfindən AFR-ə təsdiqlənib.
 
Tədbir ərəfəsində saxlanılan  ekstremistlərin dəqiq sayı bildirilmir.
 
Qeyd edək ki, yanvarın 13-14-də  Bamakoda 27-ci  Afrika-Fransa sammiti keçirilirdi. Tədbirdə Afrika dövlətlərinin 30  lideri və Fransa prezidenti Fransua Olland iştirak edirdi.
 

Google+ WhatsApp ok.ru