Atəşkəs rejimi yenə pozulub 02 İyul 2014 01:00 Hərb üdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 20 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb. Ağdam rayonunun Mərzili, Şıxlar, Şuraabad, Cəvahirli, Füzuli rayonunun Aşağı Veysəlli, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Atəşkəs rejimi yenə pozulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Atəşkəsin pozulması nəticəsində yanğın baş verib və tələfat var Azərbaycan son 12 ildə 1000-ə yaxın artilleriya sistemi alıb - SİYAHI
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'