Aun San Su Çinin `nobel mükafatı` geri alınsın

Aun San Su Çinin `nobel mükafatı` geri alınsın

İSESCO (İslami Təhsil, Mədəniyyət və Elmlər Təşkilatı) "nobel mükafatı" komitəsindən tələb edib ki, sülh mükafatı olan "nobel prize" Myanmarın baş naziri Aun San Su Çidən geri alınsın.
 
Mərakeşin Ribat şəhərində yerləşən İSESCO (İslami Təhsil, Mədəniyyət və Elmlər Təşkilatı) bu bəyaniyyədə deyir: Myanmarın Raxin əyalətində ruhingiyalı müsəlmanlara amansız divan tutulması, müsəlmanların qətliam edilməsi və yurdlarından didərgin salınması birbaşa bu ölkənin baş naziri Aun San Su Çinin əmri ilə həyata keçirilir. Onun bu addımı "nobel sülh mükafatı" verilməsi hədəflərinin ziddinədir və həmçinin beynəlxalq qanunlar və insan hüquqlarını ayaq altına alır. Buna görə də Myanmanın baş naziri bu mükafata sahib olmaq ləyaqətini itirmişdir.
 
İSESCO (İslami Təhsil, Mədəniyyət və Elmlər Təşkilatı) dünyanın beynəlxalq təşkilatlarından və insan hüquqları aktivistlərindən istəyib ki, bu hadisələrin ən tez zamanda dayandırılması üçün müdaxilə etsin.
 
BMT-nin son hesabatına görə, son hadisələrdə indiyədək 78 min nəfər myanmalı müsəlman onlara qarşı həyata keçirilən qətliamdan xilas olmaq üçün Banqladeşə qaçıb.
 
Qeyd edək ki, Myanma silahlı qüvvələri və radikal buddistlər keçən ilin Oktyabr ayının 25-dən Raxinin şimalında yaşayan müsəlmanlara qarşı amansız davranır, onları qətliam edir və evlərini yandırır. (iqna) /

Google+ WhatsApp ok.ru