İrma qasırğası: insanlar sığınacaq axtarır

İrma qasırğası: insanlar sığınacaq axtarır

Karib adalarında son on ilin ən güclüsü hesab edilən İrma qasırğasından qorunmaq üçün hazırlıq işləri gedir.
 
Beşinci, mümkün ən yüksək kateqoriya ilə qiymətləndirilən qasırğanın sürəti saatda 295 km olacaq.
 
O hazırda Leeward adalarını vurmağa başlayıb, daha sonra Puerto Rico və Dominican Respublikasına keçəcək.
 
ABŞ-da Florida ştatının Key West sahəsində məcburi təxliyə barədə göstəriş verilib.
 
Turistlər buranı çərşənbə günü səhəri, sakinlər isə həmin gün axşam ərazini tərk etməlidir.
 
Daha sonra beynəlxalq hava limanında bütün reyslər dayandırılacaq.
 
A man is seen pushing a large trolley containing shrink-wrapped packs of bottled water into a building where the doors and windows have been covered in corrugated iron, as bystanders look on.
Puerto Rico: sığınacağa su gətirilir
Fırtına yaxınlaşdıqca minlərlə insan risk rayonlarından təxliyə olunur. Sakinlər ərzaq, su və ilkin tələbat əşyaları üçün mağazalarına axışdığından bəzi yerlərdə artıq qıtlıq yaranıb.
 
Men cover the windows of a car parts store in preparation for Hurricane Irma in San Juan
San Juan: sakinlər hazırlıq işləri görür, dükanları bağlayır
 
A woman looks at empty shelves that are normally filled with bottles of water in a supermarket in San Juan, in Puerto Rico
 
Puerto Rico: Bəzi yerlərdə mağazalar demək olar ki, boşdur. (bbc) /

Google+ WhatsApp ok.ru