Autizm xəstəsi olan uşaq Qurani-Kərimi əzbərlədi

Qəzzada yaşayan 10 yaşlı Fələstinli Xalid Əbu Musa autizm xəstəsi olmasına baxmayaraq, Quranın tamamilə əzbərləyib.
 
Maide.az xəbər verir ki, Qəzzadakı autizm xəstələrinin reabilitasiya məktəbinin müəllimlərindən olan Nədva Abdülal təhsilinə nəzarət etdiyi 10 yaşlı Fələstinli uşağın autizm xəstəsi olmasına baxmayaraq, bir ildə Qurani-Kərimin hamısını əzbərləməyi nail olduğunu deyib.
 
Qurani-Kərimi yadda saxlamanın necə baş verdiyini də izah edən Abdülal, əzbələnəcək ayələrin Xalid Əbu Musanın önündə oxunduğunu və Fələstinli uşağın ayələri bir neçə dəfə təkrar edərək əzbərlədiyini söyləyib.
 
Digər müəllim yoldaşları ilə birlikdə autizm xəstəliyindən əziyyət çəkən uşaqların sosial qarşılıqlı təsir və ünsiyyət çatışmazlığını aradan qaldırmağa çalışdıqlarını qeyd edən Nədva Abdülal, Fələstinli uşağın xəstəliyinə baxmayaraq, çox böyük əzbər gücünə malik olduğuna diqqət çəkib.
 
Abdülal Xalid Əbu Musanın autizm xəstələri üçün olduqca çətin olmasına baxmayaraq, oxumağı və yazmağı da öyrəndiyini, artıq yoldaşları ilə oynaya bildiyini və ünsiyyət qurduğunu söyləyib.

Google+ WhatsApp ok.ru