Avronest PA-ya üzv ölkələrin deputatları Bakıya gəlir

Avronest PA-ya üzv ölkələrin deputatları Bakıya gəlir

Azərbaycan Milli Məclisinin Avronest PA-da nümayəndə heyətinin təşəbbüsü ilə Avronest Parlament Assambleyası çərçivəsində  22 sentyabr 2017-ci il tarixində Bakıda “3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək.
Modern.az xəbər verir ki, bu tədbir Azərbaycan Milli Məclisi, Avronest PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə Avropa Parlamentinin və Avronest PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun  Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.  
 

Google+ WhatsApp ok.ru