Avropa Birliyi bu gün Rusiyaya qarşı sanksiyaları təsdiqləyəcək 31 İyul 2014 01:00 Dünya Avropa Birliyi Şurası bu gün Rusiyaya qarşı qəbul etdiyi sektoral iqtisadi sanksiyalar paketini təsdiq edəcək. APA-nın “İTAR-TASS”a istnadən verdiyi xəbərə görə, sektoral iqtisadi sanksiyalar paketi maliyyə xidmətləri, hərbi tədarüklər sahələrində məhdudiyyətləri nəzərdə tutur və hərbi məqsədlər üçün istifadə oluna biləcək ikili təyinatlı malların ixracına qadağa qoyur. Həmçinin, neftçıxarma sənayesi üçün nəzərdə tutulmuş innovasiya texnologiyalarının Rusiyaya ixracına da qadağa qoyulub. Qeyd edək ki, sanksiyalar Rusiyanın qaz sektorunu əhatə etmir. Sanksiyalar paketi 12 ay qüvvədə olacaq. Qüvvəyə mindikdən 3 ay sonra onlara yenidən baxıla bilər. / Teqlər : # Avropa Birliyi bu gün Rusiyaya qarşı sanksiyaları təsdiqləyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail məktəbi partlatdı (VİDEO) AB Rusiyaya dair `qara siyahı`ya daha 8 şəxs və 3 şirkət əlavə edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO