Avropa Birliyi Leyla Yunusla bağlı Bakıya xəbərdarlıq etdi

 

Avropa Birliyi insan haqları fəalı Leyla Yunusun həbsinin ardınca bəyan edib ki, «Azərbaycan təşkilatla daha dərin münasibətlər istəyirsə, öz beynəlxalq öhdəliklərinə əməl etməlidir».

Avropa Birliyinin xarici işlər komissarı Catherine Ashton və Avropanın genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Stefan Füle-nin sözçüləri bildiriblər ki, «AB Azərbaycanla münasibətlərini dəyərləndirir. Lakin bu münasibətlər, Azərbaycan hazırda nazirlərinin komitəsinə sədrlik etdiyi Avropa Şurasına üzvlükdən doğan öhdəlikləri də daxil olmaqla, öz beynəlxalq öhdəliklərinə hörmət etmədən tam potensialına çata bilməz».

Həm Ashton, həm də Füle Azərbaycanda qeyri-hökumət təşkilatı olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun həbsindən dərin narahatlıqlarını ifadə ediblər.

AB rəhbərlərinin bəyanatında deyilir ki, «belə görünür, Yunusun həbsi Azərbaycanda vətəndaş cəmiyyətini hədəfləyən və artmaqda olan məhdudiyyətlərin bir hissədir».

Sözçülər bildiriblər ki, AB insan haqları sahəsindəki vəziyyətdən son dərəcə narahat olduğunu Azərbaycanın nəzərinə çatdırıb.

Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. O, səhhətində problemlərə görə hazırda ev dustağıdır. azadlıq.org /

 

Google+ WhatsApp ok.ru