Avropada qəbul edilməyən miqrantlar aclıq aksiyasına başladılar

Terrorçulardan canını qurtararaq Avropaya pənah aparan miqrantlar yeni faicəylə üzləşiblər.
Maide.az xəbər verir ki, İŞİD terrorçularının zülmündən qaçan Suriya qaçqınlarına Avropanın çox ölkəsi sığınacaq vermir.
Macarıstan hökuməti miqrantların ölkəyə girişinin qarşısını almaq üçün Serbiya ilə sərhəddi, bundan başqa, miqrantların ölkəyə girdiyi Röszke-Horqos qatar yolunu bağlayıb.
Sərhəd məntəqələrində günlərdir gözləyən miqrantlar çıxış yolunu aclıq aksiyasında görüblər. Aksiyaya başlayanların çoxu Macarıstan-Serbiya sərhəddində gözləyən miqrantlardır.
Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç Serbiya ilə sərhəddə yaxın Bacs-Kiskun və Csonqrad bölgələrində elan edilən fövqəladə hal qərarının davam edəcəyini bildirib.
Qeyd edək ki, bu il Macarıstana 200 mindən çox miqrant keçib. /
 

Google+ WhatsApp ok.ru