Türkiyədə tanınmış iş adamları həbs edildi

Türkiyənin Kayseri vilayətində "Paralel Dövlət Quruculuğu" araşdırması çərçivəsində tanınmış iş adamlarına qarşı əməliyyat keçirilib.
 
Maide.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, başlanılan əməliyyat çərçivəsində Boydak Holdinq rəhbərləri və Məlikşah Universiteti rəhbərlərinin də aralarında olduğu 11 iş adamı haqqında həbs qərarı çıxarılıb.
 
Polis briqadalarının təyin olunan ünvanlarda keçirilən əməliyyatında 7 nəfər saxlanılıb. Haqqında həbs qərarı çıxarılan 4 nəfər isə ünvanlarında olmayıb.

Google+ WhatsApp ok.ru