Avropa HƏMAS-ı qara siyahıdan çıxaracaq

Avropa İnsan Haqları məhkəməsi bu gün  HƏMAS - Fələstin müqavimət hərəkatını Aropa Şurasının terror təşkilatları siyahısından çıxarmağa hazırlaşır. 

Maide.az-ın Avropa KİV-lərinə istinadən məlumatına görə, Avropa Məhkəməsi bu qərarı qəbul etməyə hazırlaşır, çünki HƏMAS-ı qara siyahıya salmaq ilk başdan Avropa Şurasının qanunlarına zidd idi. 

HƏMAS rəhbərləri isə məhkəmənin bu qərarını alqışlayıb və minnətdarlığını bildirib.  HƏMAS-ın mətbuat katibi Musa Abu Mərzuk bu addımı " fələstin xalqının hüquqlarını dəstəkləyən,Fələstinin işğaldan azad olunmasının tərəfdarı olan bütün insanların qələbəsi" adlandırıb.  Abu Mərzuk öz facebook səhifəsində "müqavimət hərəkatını ədalətsizcəsinə terrorizmdə günahlandıran" hər kəsi Avropa Məhkəməsinin bu qərarından nümünə götürməyə çağırıb.

Mahiyyətcə bu o deməkdir ki, avropa hakimləri HƏMAS-la birbaşa danışıqlar apara bilərlər. Bu həmdə Sionist rejimə ciddi zərbədir. //

Google+ WhatsApp ok.ru