Avropalılar: Hizbullah xristian varlığını qoruyur

Fransız parlamentarilərin və Avropalıların Livana sinxron səfərləri iki məsələ ilə əlaqədar dərin bir müzakirə kimi əks olunur: Birincisi, Avropa dərinliklərini təhdid edən terrorizm və Yaxın Şərqdəki xristian varlığına qarşı əxlaqi və siyasi məsuliyyət.
 
İkinci məsələ ilə bağlı Avropada bu varlığa yapışaraq onu qorumaq zərurətiylə bu varlığı qərblilərin layihələri qarşısında maneə kimi görənlər arasında fərqli yanaşmalar mövcuddur. Fransanın eks-prezidenti Nikolya Sarkozinin Maruni patriarxı Bəşər əl-Raiyə dediyi kimi, "4-5 milyon xristianın siyasətimizin qarşısında əngəl olmalarına ehtiyac yoxdur, gəlsinlər bizdə yaşasınlar".
 
Maide.az xəbər verir ki, fransız siyasətçilərin çoxu xristianlara qarşı bu siyasəti "bacarıqsız və qeyri əxlaqi" olaraq adlandırır. Suriya və Livana səfər edən deputatlar Hizbullaha yönəlik müsbət fikir sərgiləyirlər. Onlar Hizbullahın, xüsusilə Suriyanın Kalamun regionuna qonşu, Livanın şərq hissəsindəki kənd və qəsəbələrdə xristian varlığını qoruyan rolundan danışılıb.
 
Livana səfər edən Avropalı və Fransız parlamentarilər görüşlərində Hizbullah və Livan ordusunun İŞİD və Nusra Cəbhəsi terrorçularına qarşı döyüşəcək gücə sahib olduqlarını və bu məsələyə dair eşitdikləri etimadı tez-tez dilə gətirirlər.

Google+ WhatsApp ok.ru