Avropanın şərqində miqrantların buraxılması sərtləşdirilib

Ötən cümə günü Parisdə baş verən terror hadisələrindən sonra Avropanın şərqində, xüsusilə də Balkan bölgəsində miqrantların qəbulu prosesi daha da sərtləşdirilib.
Maide.az xəbər verir ki, Xorvatiya, Serbiya və Makedoniya sərhədlərində yerləşən hüquq müdafiəçilərinin məlumatına görə, İraq, Suriya və Əfqanıstandan olan qaçqınlardan başqa, digər miqrantlar qeyd edilən Avropa ölkələrinin təhlükəsizlik qüvvələrinin daha da sərt tədbirləri ilə üzləşirlər və səfərlərinə davam edə bilmirlər.
Belə bir rəftar qaçqınların Almaniyaya doğru ən şimal nöqtəsində yerləşən Sloveniya təhlükəsizlik qüvvələri tərəfindən Xorvatiyaya daxil olmaq istəyən 168 mərakeşli miqrantı saxladıqdan sonra başlanıb.
Bu sentyabrda Macarıstan sərhədlərinin qaçqınların üzünə bağlanmasından sonra Avropanın şimalına miqrantların hərəkəti zamanı yaranan ikinci ən böyük dəyişiklik hesab olunur.
Belə bir xəbərin yayılması bu fərziyyəni irəli sürür ki, Sloveniya Afrikadan və ya Cənubi Asiyadan gələn və öz qaçqınlıq statusunu sübut edə bilməyən bütün şəxsləri geri qaytarmaq fikrindədir.
Sloveniya Daxili İşlər Nazirliyinin sözcüsü bununla bağlı deyib: Biz həqiqətən də yardıma ehtiyacı olan və həyatları risk altında olan, müharibə zonalarından qaçan şəxslərə xidmət göstərməli və dəstəkləməliyik.
BMT-nin hesabatına əsasən, Avropaya daxil olmaq istəyən qaçqınların 10 faizə qədəri Pakistan, Banqladeş, İran və Afrika ölkələri vətəndaşlarıdır. /
 

Google+ WhatsApp ok.ru