İŞİD terrorçuları Qurani-Kərimin içinə bomba qoyub

3 avqust 2014-cü ildə İŞİD-in nəzarətinə keçən Şengal (Sincar) 14 noyabr 2015-ci ildə Peşmərgə və koalisiyanın hava qüvvələrinin birgə əməliyyatı ilə azad edilib.
 
Maide.az xəbər verir ki, şəhərdə ilk iş olaraq Peşmərgə qüvvələrinə bağlı dəstələr mülki sahələrdə partlayıcıları aşkarlayıb və zərərsizləşdirib.
 
Keçirdikləri əməliyyatlar barədə danışan Peşmərgə komandiri İŞİD təşkilatının küçələrdə və bazarlarda fərqli üsullarla çoxlu sayda bomba quraşdırdıqlarını bildirib.
 
Komandir, "terrorçular Qurani-Kərimdən belə bomba üçün istifadə ediblər. İŞİD-çilər Peşmərgənin diqqətini çəkəcəyini düşünərək, bombanı Qurani-Kərimin içinə yerləşdiriblər", - deyib. 
 
Peşmərgə komandiri bomba zərərsizləşdirən qruplar tərəfindən axtarış aparılmayan regionlara girməmək xəbərdarlığı da edib.

Google+ WhatsApp ok.ru