Avropa Parlamenti Ukraynanın viza rejimini ləğv etdi

Avropa Parlamenti Ukraynanın viza rejimini ləğv etdi

Ukraynalılar iyunun əvvəlindən Avropa Birliyi ölkələrinə vizasız gedib-gələ biləcəklər. Aprelin 6-da Avropa Parlamenti Ukraynaya qarşı viza rejiminin ləğvinə səs verib. 521 deputat bunun lehinə,75-i isə əleyhinə səs verib.
 
36 nəfər isə birətəf qalıb.
 
Azadlıq Radiosunun məlumatına görə, müzakirələr vaxtı bir sıra deputatlar qəti şəkildə buna qarşı çıxıb. Xüsusilə Fransa “Milli cəbhə” partiyasının nümayəndəsi Jil Leberton.
 
Həmçinin deputatlar ölkədki korrupsiya və Donbasdakı müharibədən narahatlıq bildiriblər.
 
Qərar 20 gündən-Avropa Birliyinin jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
 
Vizasız rejim isə iyunun əvvəllərində qüvvəyə minə bilər. Bunadək sənədi Avropa Şurası da təsdiqləməlidir.
 
Ukrayna prezidenti Petro Poroshenko bir gün əvvəl qərarın qəbul ediləcəyinə ümidlə yanaşdığını bildirmişdi.
 
O səsvermədən dərhal sonra özünün “Facebook” səhifəsində yazıb-“Yes!”.
 

Google+ WhatsApp ok.ru