Avropa qocalmağa davam edir

Avropa qocalmağa davam edir

Avropa İttifaqı üzvü olan 28 ölkədə 80 yaşından yuxarı cəmi 26 milyon 761 min 655 nəfər yaşayır.
 
Maide.Az "Anadolu" xəbər saytına istinadən xəbər verir ki, Avropa Birliyi Statistika Ofisi (EUROSTAT), Dünya Yaşlılar Günü münasibətilə Avropa ölkələrində yaşlı əhaliyə dair 2015-ci ilin göstəricilərini açıqlayıb.
 
Ümumi əhalisi 510 milyon olan 28 Avropa Birliyi ölkələrində 80 yaşından yuxarı 26 milyon 761 min 655 insan yaşayır.
 
Almaniyada 4 milyon 544 min 298, İtaliyada 3 milyon 977 min 449, Fransada 3 milyon 850 min 802, İngiltərədə 3 milyon 93 min 13 nəfər 80 yaşını keçib.
 
Avropa əhalisi, orta ömür müddətinin uzanması ilə qocalmağa davam edir. 2005-ci ildə ümumi əhalinin 4 faizi 80 yaşdan yuxarı olan Avropada bu rəqəm 2015-ci ildə 5,3 faizə yüksəlib. Bu o demekdir ki, hər 20 avropalıdan biri 80 yaşını keçib.
 
Avropa Birliyi ölkələrində 80 yaşdan yuxarı olan insanların çoxu qadınlardır.
 

Google+ WhatsApp ok.ru