Prezident: 3 milyon narkomanı qətlə yetirməklə xoşbəxt olacağam

Prezident: 3 milyon narkomanı qətlə yetirməklə xoşbəxt olacağam

Filippin prezidenti Duterte bildirb ki, Filippində 3 milyon narkoman var. Mən də bunları qətlə yetirməklə xoşbəxt olacağam. Mənim hədəfimdə olan insalar cinayətkardırlar.
 
Maide.Az "Anadolu" saytına istinadən xəbər verir ki, rəsmi səfərdə olduğu Vyetnamdan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Filippin prezidenti Rodrigo Duterte qeyd edib ki, Filippinin ən mühüm ictimai problemlərdən biri narkotik ticarətidir. 
 
Narkotiklə mübarizəsini tənqid edən və onu Hitlerə bənzədənlərə isə sərt cavab verib: "Filippində 3 milyon narkoman var. Mən də bunları qətlə yetirməklə xoşbəxt olacağam. Mənim hədəfimdəki cinayətkardırlar. Bunlardan xilas olmaq, ölkədəki narkotik probleminə son vermək lazımdır. Bununla gələcək nəsilləri bu bəladan xilas edəcəyik."
 
Avropa ölkələrini riyakarlıqla ittiham edən Duterte bildirib ki, bu ölkələr yaxın şərqdəki müharibələrə görə evlərini tərk edən qaçqınlara yardım etmək üçün kifayət qədər səy göstərmirlər. Öz ölkələrindən məcbur olub qaçan minlərlə insan var Bu insanlara yardım etməyib çürüməsinə icazə verirsiniz. Sonra da Filippində 2-3 min narkoman ölümündən narahat olursunuz.
 

Google+ WhatsApp ok.ru