Avropa İttifaqından Fələstinə 18,1 milyon avro yardım

Avropa İttifaqının (Aİ) Fələstinə 18,1 milyon avro yardım etdiyi bildirilib.
 
Maide.az xəbər verir ki, Aİ-nin Qüds ofisinin yazılı açıqlamasında yardımın, keçən il may ayı pensiyalarına dəstək çərçivəsində Birliyin Fələstinə yönəlik sosial-iqtisadi yardım layihəsi PEGASE vasitəsilə aparıldığı qeyd olunub.
 
Aİ Fələstin nümayəndəsi Con Gatt-Rutter yardımların Qəzza və İordan çayının qərb sahilindəki vətəndaşların əsas ehtiyaclarını təmin etmək məsələsində, Fələstin rəhbərliyinə dəstəyin göstəricisi olduğunu qeyd edib.
 
Xatırladaq ki, Fələstin inkişaf layihəsinə dəstək məqsədilə yaradılan PEGASE 2008-ci ildən bəri Fələstinə qarşı ən geniş Aİ proqramı xüsusiyyəti daşıyır. Aİ-nin PEGASE vasitəsilə 2008-ci ildən bu yana Fələstinə 1,8 milyard avro yardım etdiyi bildirilir.

Google+ WhatsApp ok.ru